"Portu" Çempionlar Liqasının ilk turunda "Brüqqe"yə evdə dağıdıcı məğlubiyyətin qisasını alıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, səfərdə oynayan "əjdahalar" rəqibinə böyük hesabla qalib gəlib - 4:0.
Nəhayət, bu, portuqaliyalı qapıçı Dioqo Koştanın əla oyunu sayəsində mümkün olub.
Oyunun 50-ci dəqiqəsində hesab 1:0 olarkən “Portu”nun qapısına penalti təyin olunub. Qapıçı belçikalı Hans Vanakenin zərbəsinin öhdəsindən gəlsə də, oyunun hakimi qayda pozuntusunu görüb, 11 metrlik zərbəni yenidən vurmağa məcbur edib.
Bu dəfə hollandiyalı Noa Lanq penaltini vurub, lakin o da portuqaliyalıya qalib gələ bilməyib. Beləliklə, “Portu”nun qapıçısı Çempionlar Liqasında unikal nailiyyətə imza atıb
Bu penalti Koştanın bu yarışda üçüncü 11 metrlik seyv idi ki, bu da Çempionlar Liqasında rekord göstəricidir.