"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba 7 ildə Turin komandasına ilk qol ötürməsini verib.
Lent.az xarici mediaya istinadən bildirir ki, mayın 11-də fransalı müdafiəçi Federiko Qattiyə Avropa Liqasının "Sevilya" ilə ilk yarımfinal oyununda qol ötürməsi edib.
Futbolçu Turin klubunda əvvəlki qol ötürməsini 2016-cı ilin mayında A Seriyasında “Karpi” ilə görüşdə edib.
Poqba 2016-cı ilin avqustundan 2022-ci ilin iyuluna qədər “Mançester Yunayted”də çıxış edib.