Polşa çempionatında Mahir Emrelidən MÖHTƏŞƏM İKİ QOL
19 sentyabr 2021 22:35 (UTC +04:00)

Polşa çempionatında Mahir Emrelidən MÖHTƏŞƏM İKİ QOL

 

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında ilk qolunu vurub.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu “Qornik”lə bu gün keçirilən VIII turun qarşılaşmasında fərqlənib.

Meydana fasilədən sonra daxil olan Mahir görüşün 79-cu dəqiqəsində qol sevinci yaşayıb. Varşava təmsilçisi ev oyununda 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu, Emrelinin Polşa çempionatında 5-ci matçı olub. O, bunadək avrokuboklarda 5, Superkubokda 1 qola imza atsa da, çempionatda fərqlənməmişdi.

# 4008
avatar

Oxşar yazılar