Polis 3 komandanın stadionunda  axtarış   apardı -  SƏBƏB
18 may 2023 16:46 (UTC +04:00)

Polis 3 komandanın stadionunda axtarış apardı - SƏBƏB

Portuqaliyanın vergi polisi "Benfika", "Sportinq" və "Porto"nun stadionlarında axtarışlar aparıb. 

Lent.az bildirir ki, bu barədə CNN Portugal xəbər verir.

Mənbənin sözlərinə görə, axtarışlar futbolçuların transferində vergi saxtakarlığı və çirkli pulların yuyulması ilə bağlıdır.

“Benfika” yarımmüdafiəçi Qoncalo Qedeşin PSJ-yə transferi və 2015-2020-ci illər arasında digər əməliyyatlar şübhə altındadır. "Porto" və "Sportinq"də də bir sıra transferləri şübhə altına alınır və “Porto”nun prezidenti və oğlunun evlərində də axtarışlar aparılıb.

Hazırda prosesdə 47 təqsirləndirilən şəxs var. Ümumilikdə 58 milyon avro sui-istifadə edilib.

Portuqaliya çempionatının bu mövsümündə “Benfika” 32 oyundan sonra 83 xalla birinci, “Portu” ikinci (79), “Sportinq” dördüncü (70) pillədə qərarlaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1707
avatar

Oxşar yazılar