Pol Poqba bu mövsüm bir daha  oynamaya bilər
15 may 2023 17:46 (UTC +04:00)

Pol Poqba bu mövsüm bir daha oynamaya bilər

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba zədələnib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, idmançı 35-ci turun “Kremoneze” klubu ilə oyununda omba nahiyəsindən zədə alıb. Fransız futbolçu meydanda 23 dəqiqə oynayıb. Bu yaxınlarda Poqbanın dizində əməliyyat tələb edən problemlər var idi. İndi futbolçunun 2023/2024 mövsümünə qədər meydanda görünməsi ehtimalı azdır və Avropa Liqasının yarımfinalına yüksələn "Yuventus"un A Seriyasında cəmi 3 oyunu qalıb.

“Paul Poqbanın bu səhər “J|Medical”da keçirdiyi diaqnostik testlər sol budun düz bud əzələsinin aşağı dərəcəli zədələnməsini göstərib. Futbolçu artıq reabilitasiya proqramına başlayıb”, - klubun rəsmi saytı məlumat yayıb.

"Yuventus" "Kremoneze"ni 2:0 hesabı ilə məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2232
avatar

Oxşar yazılar