Tomas Bax
12 noyabr 2023 16:41 (UTC +04:00)

Tomas Bax

Paris Olimpiadası ləğv ediləcək? – CAVAB

Beynəlxalq Olimpiya Komitəsi (BOK) hərbi münaqişələrin sayının artması səbəbindən 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarını ləğv etməyi düşünmür.

Lent.az xəbər verir ki, bu barədə məlumatı "Inside the Games" portalı təşkilatın rəhbəri Tomas Baxa istinadən yayıb.

Bax, "Hazırda çox güclü geosiyasi gərginlik var, lakin Parisdəki Olimpiya Oyunlarını qurban verəcəyimizi söyləmək tamamilə yanlış yanaşma olardı" – deyib.

O, eyni zamanda bildirib ki, hökumətlər və ölkələr arasında çoxlu müharibələrimiz olub, lakin idmançılar həmişə oyunlarda iştirak ediblər, bu, Olimpiya missiyasına uyğundur:

“Dünya müharibəsi olub-olmayacağını bilmirəm, amma Beynəlxalq Olimpiya Komitəsi idmanın əsas ideyasına xəyanət edə bilməz”.

"Hazırda dünyada 28 müharibə var. Bizim missiyamız idmançılar və idman üçün humanitar missiyadır. Biz bunu nəzərə almağa çalışırıq, insanların onları birləşdirəcək bir şeyə ehtiyacı var", - o vurğulayıb.

Qeyd edək ki, Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Rusların və belarusların müsabiqədə iştirakı məsələsi hələ də həllini tapmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3849
avatar

Oxşar yazılar