Oyunçuların  hakimə qışqırması   “Mançester Siti”yə baha başa gəldi
19 dekabr 2023 16:25 (UTC +04:00)

Oyunçuların hakimə qışqırması “Mançester Siti”yə baha başa gəldi

İngiltərə çempionu "Mançester Siti" Premyer Liqanın 14-cü turunda "Tottenhem"lə oyunda futbolçularının qeyri-idman davranışına görə 120 min funt-sterlinq cərimə olunub.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti xəbər verir.

Oyun 3:3 hesabı ilə başa çatıb. Oyunun son dəqiqələrində hakim qayda pozuntularını qeydə alaraq “Mançester Siti”nin hücumunu dayandırıb. “Mançester Siti”nin futbolçuları hakimi mühasirəyə alaraq ona qışqırıblar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8376
avatar

Oxşar yazılar