Olimpiya çempionu xərçəngə tutuldu
13 may 2023 17:02 (UTC +04:00)

Olimpiya çempionu xərçəngə tutuldu

Həndbol üzrə Olimpiya çempionu, “Rostov-Don”da çıxış edən rusiyalı Vladlena Bobrovnikova xərçəng xəstəliyinə tutulub.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, həndbolçu bildirib ki, aprel ayında ona limfa sisteminin şiş xəstəliyi olan Hodgkin limfoması diaqnozu qoyulub.

“Mayın 4-dən mən Rusiya Səhiyyə Nazirliyinin Rostov-na-Donuda yerləşən Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzindəyəm. Müalicə alıram. Lenfoma, limfa düyünlərində müəyyən bədxassəli hüceyrələrdə olan bir şişdir. Müayinələr bədənimdəki limfa düyünlərinin çoxunda bədxassəli hüceyrə yığınlarının olduğunu göstərdi. Məni tez bir zamanda kimyaterapiyaya qoymaq lazım idi. Həkimlər dedilər ki, yavaş-yavaş, addım-addım A nöqtəsindən (xəstəliyimin başlanğıcı) B nöqtəsinə (tam sağalma) keçməliyəm”.

İdmançının sözlərinə əsasən, o, 4 kurs kimyaterapiya keçməlidir. Bundan sonra həkimlər bədxassəli hüceyrələrin dərmanlara reaksiyasına nəzarət edəcəklər. Sonra Bobrovnikova daha iki kimyaterapiya kursu keçməli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2067
avatar

Oxşar yazılar