Neymar karyerasının ən ağır zədəsini  alıb
15 noyabr 2023 17:18 (UTC +04:00)

Neymar karyerasının ən ağır zədəsini alıb

Neymar noyabrın 2-də dizindən əməliyyat olunub. Həkim bildirib ki, forvardın sağalması üçün karyerasındakı digər zədələrdən daha çox vaxt lazımdır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçunun 2024-cü ilin yayına kimi milli komandaya qoşulacağı gözlənilir.

Neymarın ön çarpaz bağı və menisküsü yırtıldıqdan sonra onu əməliyyat edən Braziliya millisinin həkimi Rodriqo Lasmar bildirib ki, forvardın sağalması yaxşı olsa da, reabilitasiya onun digər zədələri ilə müqayisədə xeyli uzun çəkəcək. 

Qeyd edək ki, Neymar oktyabrın 18-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay millisi ilə oyunda (0:2) zədələnib və noyabrın 2-də əməliyyat olunub.

“Onun bundan əvvəl başqa zədələri olub. Bu onun üçüncü əməliyyatı idi. Mən ikisində iştirak etdim, onlar daha az bərpa vaxtı tələb edirdilər. İndiki zədə ən ciddisidir. Bu daha uzun çəkir, ona görə də onun sağalmağa çox diqqət yetirməsinə ehtiyacımız var”, - deyə Lasmar bildirib.

Globo Neymarın sağalmasının on ay çəkəcəyini yazıb. Braziliya Futbol Konfederasiyası hücumçunun 2024-cü ilin iyun-iyul aylarında ABŞ-da keçiriləcək Amerika Kubokuna qayıtmasını gözləyir.

Avqustda braziliyalı PSJ-dən “Əl-Hilal”a keçib. Yeni komandasında 5 oyun keçirib və bir qol vurmağı bacarıb. Neymar keçən mövsümü topuq bağlarından zədə və əməliyyata görə başa vura bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5724
avatar

Oxşar yazılar