Narkotik istifadəsinə görə YARIŞA BURAXILMADI
21 iyul 2021 13:48 (UTC +04:00)

Narkotik istifadəsinə görə YARIŞA BURAXILMADI

Avstraliyalı idmançı Ceymi Kermonda Tokio-2020 Yay Olimpiya Oyunlarından kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, atçılıq idmanında iştirak etməli olan “Yaşıl qitə” təmsilçisi antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.

Avstraliya Atçılıq İdmanı Federasiyası onu müvəqqəti bütün yarışlardan kənarlaşdırıb. Onun dopinq testində kokain metaboliti aşkarlanıb. Bu üzdən idmançı Tokio-2020-ni də buraxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3933
avatar

Oxşar yazılar