“Napoli”nin baş məşqçisi Lukiano Spalletti Çempionlar Liqasının “Milan” azarkeşlərinin heyrətamiz dəstəyini yüksək qiymətləndirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, neapollu azarkeşləri komandaya lazımi dəstək verməsələr, oyunu tərk edəcəkləri ilə hədələyib:
“Cavabda hansı atmosferi gözləyəcəyimi bilmirəm. Amma Milana qarşı belə bir azarkeş dəstəyini görəndə necə kədərləndiyimi təsəvvür edə bilərsiniz. Vacib matçda gördüklərimi heç vaxt anlaya bilməyəcəm. Bu mənimlə əbədi qalacaq.
Çempionlar Liqasının cavab oyunu zamanı da eyni şey olsa, ehtiyat oyunçular skamyasını tərk edib evə gedəcəm. Çünki anlaşılmaz bir şeydir”.
Qeyd edək ki, dünən “Napoli” Çempionlar Liqasının 1/4 finalında “San Siro”da “Milan”a 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu İsmayıl Bennaser vurub. “Napoli” 74-cü dəqiqədən azlıqda çıxış edib.
Cavab qarşılaşması aprelin 18-də Neapolda keçiriləcək.