"Bavariya" uzun müddətdir komandanın lideri olan Tomas Müllerin gələcəyi ilə bağlı qərar verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, klub rəhbərliyi yarımmüdafiəçi ilə müqaviləni uzatmaq qərarına gəlsə də, onu toxunulmaz statusundan məhrum edib.
Xatırladaq ki, futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır.
Müller bu mövsüm bütün klub yarışlarında 35 oyuna çıxıb və 7 qol vurub.
Futbolçu “Bavariya” ilə birlikdə 11 dəfə Almaniya çempionu, iki dəfə Çempionlar Liqasının qalibi olub. O, həm də Almaniya millisi ilə 2014-cü ildə dünya çempionudur.