“Mançester Yunayted” ispaniyalı qapıçı David De Xea ilə müqaviləni yeniləməyib və o, iyulun 1-də azad agent olub.
Lent.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, qapıçı ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar açıq qalır.
Britaniya mətbuatı daha əvvəl “Mançester Yunayted”"in 32 yaşlı qolkiperə ciddi şəkildə azaldılmış maaşla yeni müqavilə təklif etdiyini yazmışdı. İspan futbolçu bu şərtlərlə razılaşsa da, klub müqavilənin şərtlərini dəyişib və maaşları daha da azaltmağı təklif edib.
De Xea İngiltərə Premyer Liqasının son mövsümünün ən yaxşı qapıçısı seçilib. 2022/23 mövsümündə “Mançester Yunayted”in heyətində bütün yarışlarda 58 oyun keçirib, bu oyunlarda 61 qol buraxıb və 25 görüşdə qapısını toxunulmaz qoyub.