Londonun “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçi Kristian Eriksenin qayıtamasını istəyir.
Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Mourinyo hesab edir ki, danimarkalı futbolçu komandanın hücumunu şaxələndirə bilər.
Eriksen London klubunda 2014-cü ildən 2019-cu ilədək çıxış edib.
“İnter”in baş direktoru Beppe Marotta Eriksenin qış transfer pəncərəsində klubu tərk edəcəyini açıqlayıb.
Futbolçunun xidmətinə Parisin PSJ klubunun baş məşqçisi Maurisio Poçettino da maraqlıdır.