Joze Mourinyo
04 may 2021 17:34 (UTC +04:00)

Joze Mourinyo

Mourinyo bu komandanın baş məşqçisi olacaq

İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu paytaxt təmsilçisi açıqlayıb.

Yeni mövsümdən romalıları Joze Mourinyo çalışdıracaq. Onunla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Portuqaliyalı bu postda həmyerlisi Paulu Fonsekanı əvəzləyəcək. Mourinyo fəaliyyətinə yayda başlayacaq.

Qeyd edək ki, Mourinyonun son iş yeri ötən ay ayrıldığı “Tottenhem” olub.

 

# 2142
avatar

Oxşar yazılar