MMA döyüşçüsü qız 21 yaşında  FACİƏLİ şəkildə   öldü
10 may 2023 00:33 (UTC +04:00)

MMA döyüşçüsü qız 21 yaşında FACİƏLİ şəkildə öldü

Amerikalı qadın qarışıq döyüş sənəti (MMA) döyüşçüsü Şeyli Lipp 21 yaşında avtomobil qəzasında dünyasını dəyişib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, polis toqquşma zamanı idmançının təhlükəsizlik kəmərini taxmadığını bildirib. Onun qəzanın yeganə qurbanı olduğu qeyd edilir. Lippin məşqçisi Erik Suini deyib: "Mən indiyə qədər tanış olduğum bütün insanlar arasında o, həqiqətən böyüklüyə can atan nadir insanlardan biri idi".

Mayın 20-də Lipp ABŞ-da Ignite No Mercy 11 yarışmasında döyüşməli idi. İdmançı karyerası ərzində üç qələbə qazanıb və iki məğlubiyyətlə üzləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2469
avatar

Oxşar yazılar