“Milan” 15 yaşlı hücumçu Françesko Kamardanı əsas komandaya çağırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, yeniyetmə futbolçu “Milan”ın noyabrın 25-də baş tutacaq növbəti oyununda meydana çıxa bilər. “Rossoneri”nin rəqibi “Fiorentina” olacaq.
15 yaşlı Kamardanın çağırılmasına səbəb “Milan”ın əsas oyunçularının zədələnməsi olub. Rafael Leau və Noa Okafor zədə səbəbindən qarşıdakı oyunlarda iştirak etməyəcək. Olivye Jiru cəza səbəbindən növbəti iki oyunu buraxıb.
Qeyd edək ki, Kamarda yeniyetmələr səviyyəsində 89 matçda 485 qol vurub.