Meydanda BİABIRÇILIQ:  Futbolçu görün nə etdi?
20 oktyabr 2022 19:26 (UTC +04:00)

Meydanda BİABIRÇILIQ: Futbolçu görün nə etdi?

“Santa Fe” klubunun futbolçusu Heysson Perea oyun zamanı rəqibin cərimə zərbəsini yerinə yetirməsinin qarşısını almaq üçün alt paltarını çıxarıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kolumbiya çempionatında “Santa Fe” və “Haquares de Kordoba” komandaları arasında keçirilən görüşdə maraqlı epizod yaşanıb. “Haquares” 3-cü dəqiqədə təhlükəli cərimə zərbəsi vurmaq hüququ qazanıb. Rəqibin topa tərəf qaçışı zamanı Perea qasıq nahiyəsini tamamilə açaraq şortikini çıxarıb.

Pereanın bu jesti hakimin diqqətindən qaçıb və Haquares topu qapının yanından vurub.

Görüşün nəticəsində “Santa Fe” 1:2 hesabı ilə məğlub olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2856
avatar

Oxşar yazılar