Misirin ENPPI klubunun və Burkina-Faso yığmasının futbolçusu Erik Traore aprelin 18-də “Asuana” qarşı milli çempionat oyununda əvəzedici heyətdə meydana çıxmaqdan imtina etdikdən sonra itkin düşüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, görüş başa çatdıqdan sonra futbolçu telefonunu söndürüb və üç həftə əlaqə saxlamayıb, məşq və oyunlarda iştirak etməyib. Qahirə klubu həyat yoldaşı və agenti vasitəsilə Traore ilə əlaqə saxlamağa çalışsa da, cəhdləri uğursuz alınıb.
Mayın 8-də Traore özü əlaqə saxlayıb və bütün bu müddət ərzində Qahirəni tərk etmədiyini bildirib. Futbolçu mayın 9-da ENPPI-nin düşərgəsinə gələcəyinə söz verib, klub yarımmüdafiəçi ilə söhbətdən sonra ona qarşı intizam tənbehinin tətbiqi ilə bağlı qərar verəcəklərini qeyd edib.