PSJ komandanın oyunçularını qorumaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib.
Lent.az bildirir ki, AFP-nin məlumatına görə, hücumçular Lionel Messi, Neymar, həmçinin yarımmüdafiəçi Marko Verrattinin evlərində əlavə təhlükəsizlik tədbirləri görülüb. Belə təhlükəsizlik tədbirləri komandanın “Kamp-de-Loj” bazasında da müşahidə edilir.
Xatırladaq ki, daha əvvəl futbolçuları və klub prezidenti Nasser Əl-Xelaifini azarkeşlər təhqir edib. PSJ-nin ofisi yaxınlığında azarkeşlər etiraz aksiyası keçiriblər. Parislilərin fanatları futbolçulardan klubu tərk etməyi, Əl-Xelaifidən isə istefa vermələrini tələb ediblər.
Bundan əvvəl klub Lioneli Səudiyyə Ərəbistanına razılaşdırılmamış şəkildə getdiyinə görə iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırmışdı.
Ölkə çempionatının son oyununda PSJ evdə "Loryan"a uduzub (1:3).