Lionel Messi
24 sentyabr 2021 11:39 (UTC +04:00)

Lionel Messi

Messinin qayıdacağı tarix AÇIQLANDI

PSJ-nin hücumçusu Lionel Messinin məşqlərə başlayacağı tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz sabahdan kollektivə qoşula biləcək.

“Lion”la qarşılaşmada sol dizindən zədə alan və “Metz”lə oyunu buraxan 34 yaşlı forvardın “Monpelye” ilə matçda da iştirakı gözlənilmir. Çünki PSJ “Monpelye” ilə məhz sabah üz-üzə gələcək. Bu üzdən məşqçilər korpusu onu riskə atmaq istəmir. Baş məşqçi Maurisio Poçettino həmyerlisinin Çempionlar Liqasında “Mançester Siti” ilə keçiriləcək qarşılaşmaya hazır olmasını istəyir.

Qeyd edək ki, PSJ – “Mançester Siti” görüşü sentyabrın 28-də keçiriləcək.

# 1749
avatar

Oxşar yazılar