Lionel Messi və Serxio Ramos
12 noyabr 2021 09:42 (UTC +04:00)

Lionel Messi və Serxio Ramos

Messi və Ramos hələ də dost olmayıblar

PSJ-nin futbolçuları Lionel Messi və Serxio Ramos hələlik dost deyillər. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə,  "Barselona" və "Real” Madridin keçmiş futbolçuları “El-Klassiko”da uzun illər davam edən qarşıdurmanı unuda bilmirlər.

Qeyd olunur ki, Ramos tez bir zamanda bir çox parisli futbolçularla dostluq edib, lakin o, Messi ilə belə isti münasibətə nail ola bilməyib.

Messi və Ramos PSJ-yə 2021-ci ildə keçiblər. Argentinalı Paris klubunda 8 oyunda 4 qol vurub. İspaniyalı isə zədə səbəbindən hələ heç bir oyunda meydana çıxmayıb.


 

# 1719
avatar

Oxşar yazılar