Messi dünya çempionatı ərəfəsi  ən çox nədən qorxur?
16 oktyabr 2022 09:37 (UTC +04:00)

Messi dünya çempionatı ərəfəsi ən çox nədən qorxur?

PSJ və Argentina yığmasının hücumçusu Lionel Messi “DIRECTV Sports”a müsahibəsində Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsi ən böyük qorxusunun nə ilə bağlı olduğunu açıqlayıb.

Lent.az-ın xəbərinə görə, Leo ehtiyat edir ki, zədə ona 2022-ci il dünya çempionatında mübarizə aparmağa imkan verməyəcək. Messi hazırda PSJ-nin son iki oyununu buraxmasına səbəb olan sağ ayağındakı baldırın ikibaşlı əzələsi zədəsini sağaldır.

Messinin bu bazar günü "Marsel"lə oyunda meydana qayıdacağı gözlənilir. Dünya çempionatının başlamasına 40 gündən az vaxt qalıb.

“Bu dünya çempionatı əvvəlkilərdən fərqlidir, çünki ilin fərqli vaxtında keçiriləcək. Turnir çox yaxındır və başınıza gələ biləcək hər hansı bir xırda şey sizi kənarda qoya bilər.

Paulo Dibala, Anxel Di Maria ilə bağlı baş verənlər məni narahat edir və bunları görmək sizi daha da qorxudur."

Buna baxmayaraq, PSJ-nin ulduzu risklər və sağlamlıq üçün mümkün fəsadlar barədə düşünmədən meydanda həmişəki kimi davranmağın ən yaxşısı olduğunu bildirib:

“Zədə ala biləcəyinizi düşünərək oyuna girməyiniz əks nəticə verir. Ən yaxşısı həmişə olduğu kimi normal davranmaqdır. Oyun formada qalmağın ən yaxşı yoludur. Ümid edirəm ki, onlar - Dibala və Di Maria sağalacaqlar. Düşünürəm ki, onların sağalmaq və yaxşılaşmaq üçün kifayət qədər vaxtı var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2502
avatar

Oxşar yazılar