PSJ-nin hücumçusu Lionel Messi daha klubda oynaya bilməz.
Lent.az xarici mediaya istinadla bildirir ki, argentinalı hücumçu Səudiyyə Ərəbistanına səfər üçün iki həftəlik fasilədən sonra özünü daha PSJ-nin heyətində görmür. Bildirilir ki, Messi Paris klubuna qayıdacağını təsəvvür etmir. Orada yenidən pərəstişkarları tərəfindən fitə basılacağını başa düşür.
Eyni zamanda qeyd olunur ki, hazırda PSJ Messi ilə bu mövsümün sonuna qədər qüvvədə olan müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı danışıqlar aparmır.
Bu mövsüm argentinalı parislilərin heyətində bütün yarışlarda 37 oyun keçirib. 20 qol vurub və 19 məhsuldar ötürmə edib. PSJ-nin tərkibində 35 yaşlı futbolçu çempionluq və Fransa Superkubokunun qalibi olub.