UFC kəmərinin keçmiş sahibi, irlandiyalı Konor Makqreqor iyunda amerikalı Maykl Çendlerə qarşı döyüşməyəcək.
Lent.az xəbər verir ki, bunu UFC prezidenti Dana Uayt deyib.
“Makqreqor iyunda döyüşəcək? Xeyr. Nə vaxt Konor döyüşməyə hazır olsa, biz bunu elan edəcəyik", - deyə D.Uayt bildirib.
Qeyd edək ki, yanvarın 1-də döyüşün iyunun 29-da Las-Veqasda keçiriləcəyi açıqlamışdı.
İrlandiyalı idmançının 35 yaşı var, o, qarışıq döyüş növləri üzrə 22 qələbə qazanıb, 6 məğlubiyyət alıb. O, 2021-ci ilin iyulunda amerikalı Dastin Puare ilə keçirdiyi son döyüşdə ayağını sındırıb.