Əvvəllər dəfələrlə dopinqə görə yaxalanan Jarrell Miller daha bir qalmaqallı hadisə ilə üzləşib. Bu dəfə ağır çəkili divizionun amerikalı nümayəndəsi dəmir barmaqlıqlar arxasına düşə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, 35 yaşlı boksçu avtosalonun əməkdaşına hücum edərək avtomobil oğurladığı üçün həbs edilib.
Miller, Hollivuddakı “Haims Motors”dan qara “Dodge Ram” pikapını oğurlayıb.
Lakin avtomobildə GPS quraşdırıldığından polis Milleri tez tutub. Yanvarın 3-ü çərşənbə günü axşam saatlarına olan məlumata görə, boksçu həbsdə qalıb. O, 30 min dollar girov qarşılığında sərbəst buraxıla bilər.
Xatırladaq ki, dekabrın 23-də Səudiyyə Ərəbistanında keçirdiyi son döyüşdə, final döyüşünə bir neçə saniyə qalmış Miller Daniel Dübuadan erkən məğlubiyyət alıb və bu, amerikalı üçün peşəkar karyerasında birinci olub.