Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlev rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Aleksandr Yemelyanenko ilə mərc edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Kremlev Yemelyanenkoya bir ili spirtli içkisiz və idman rejimində keçirərsə, ona mənzil verəcəyini vəd edib. “Kim Yemelyanenkonu sərxoş tutsa yazsın!” - o əlavə edib.
Bundan əvvəl Yemelyanenko alkoqolizmin müalicəsindən danışıb. “Xəstəxanalara getdim, məni VİP palatalarla təmin etdilər, prosedurlar yazdılar. Sonra çölə çıxdım və düşündüm: heç kim bilməyəcək, mən pivə alacam. Və yenə də hər şey eyni şeydən başladı”, - deyən Yemelyanenko bu həyat tərzini bəyəndiyini bildirib.
42 yaşlı Yemelyanenko MMA üzrə 40 döyüş keçirib, bu döyüşlərdə 29 qələbə qazanıb, 10 məğlubiyyət alıb. Onun iştirakı ilə daha bir döyüş heç-heçə başa çatıb.