Amerika MLS-də həlledici görüşlərin vaxtıdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ən güclü klublar pley-off seriyasına başlayıb. Və ilk turdan sonra "İnter Mayami" növbəti mübarizədən kənarda qalıb. 1/8 final mərhələsində heç bir şansı olmayan komanda "Nyu-York Siti"yə 0:3 hesabı ilə uduzub.
Bu nəticə Florida komandasının forvardı Qonzalo Hiquain üçün ikiqat məyusedici olub. 34 yaşlı argentinalı hücumçu daha əvvəl demişdi ki, bu mövsüm onun karyerasında sonuncu olacaq.
İquainin peşəkar karyerası 2005-ci ildə “River Pleyt”də başlayıb. Əfsanəvi hücumçu "Real, "Napoli", "Yuventus", "Milan", "Çelsi" və "İnter Mayami"də də çıxış edib.
2009-2018-ci illərdə Argentina millisində 75 oyun keçirib və 31 qol vurub.