"Monako"nun keçmiş baş direktoru Vadim Vasilyev hücumçu Kilian Mbappenin PSJ-dəki gələcəyindən danışıb.
“Kilian hələ qərar verməyibsə, təəccüblənərdim. O, həmişə “Real”a keçmək niyyətində olub. Mbappe nə istədiyini bilir. Amma şərtlər çox böyükdür, heç kim əsl niyyətlərini açıqlamayacaq. Kilianın gələcəyi ilə bağlı söhbətlər yalnız onun yaxın çevrələrində baş verir”, - Lent.az xarici mediaya istinadən bildirir ki, Vasilyev deyib.
Bu mövsüm fransalı hücumçu PSJ-nin heyətində bütün turnirlərdə 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Transfermarkt” internet portalının məlumatına görə, Mbappenin bazar dəyəri 180 milyon avrodur. Futbolçunun PSJ ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.