PSJ futbol klubunun rəhbərliyi komandanın hücumçusu Kilian Mbappenin müqaviləni yeniləyərkən klubu aldatdığını hesab edir.
Lent.az xəbər verir ki, bu barədə jurnalist Loik Tanzi məlumat verib.
Mənbənin məlumatına görə, 2022-ci ildə Mbappe azad agent kimi klubu tərk etməyəcəyinə söz verib. Qeyd olunur ki, PSJ bossları fransalıya inanıb və Kilianla qısamüddətli müqavilə imzalamağa qərar verib.
Həmin vaxt 3 illik müqavilədə israrlı olmayıblar.
"Marca"nın daha əvvəl iddia etdiyi kimi, futbolçunun anası artıq PSJ rəhbərliyinə onun klubla müqaviləni yeniləmək fikrində olmadığını bildirib.
Klubla futbolçu arasında müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.