PSJ-nin fransalı hücumçusu Kilian Mbappe klubu tərk edə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Lent.az bildirir ki, bu barədə RMC Sport məlumat yayıb.
“Bu, tamamilə yalandır. Həm mən, həm də ətrafım bunu biləndə heyrətə gəldik”, – hücumçu bildirib.
O, əlavə edib ki, Fransa yığmasında olmaqdan xoşbəxtdir və qış transfer pəncərəsində klubun sahiblərindən onu başqa kluba buraxmağı xahiş etməyib.
Oktyabrın 11-də məlum olub ki, hücumçu 2023-cü ilin yanvarında PSJ-ni tərk etməyi planlaşdırır. O, əmindir ki, klub müqavilə imzalamadan əvvəl razılaşdıqları şərtləri yerinə yetirmədiyi üçün ona xəyanət edib. O da bildirilib ki, komanda yalnız fransalı “Real”a keçməsə, futbolçu ilə görüşə hazırdır.
Mayın 21-də PSJ Mbappenin karyerasını klubda davam etdirməyə qərar verdiyini açıqlamışdı, baxmayaraq ki, o, daha əvvəl “Real” ilə razılığa gəlmişdi. Futbolçunun maaşı vergilərdən sonra illik 57 milyon avro olacaq.