PSJ-nin hücumçusu Kilian Mbappe yay transfer pəncərəsindən sonra klubda qalsa, o, 90 milyon avro bonus alacaq.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, parislilərin narahat olacağı heç nə yoxdur. Məlumata görə, fransız futbolçu klubun istiqamətindən çox razıdır və ayrılmaq istəmir.
Qeyd edək ki, Mbappe 2024/2025 mövsümü üçün PSJ ilə müqavilənin avtomatik uzadılması variantını aktivləşdirməyib. Bu da hücumçunun 2024-cü ilin iyununda azad agent olmasına imkan verəcək. Hücumçunun “Real Madrid”ə keçidi ilə bağlı şayiələr yayılmışdı.