"Mançester Yunayted" Ronaldoya  əvəzləyici tapdı
21 sentyabr 2022 14:48 (UTC +04:00)

"Mançester Yunayted" Ronaldoya əvəzləyici tapdı

"Mançester Yunayted" müqavilənin sonunda portuqaliyalı hücumçu Kriştiano Ronaldonu əvəz edəcək futbolçu tapıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Mançester Yunayted”in əsas hədəfi “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhendir. 23 yaşlı hücumçunun keçidi üçün ingilislər 100 milyon avro ödəməyə hazırdır. Klub qış transfer pəncərəsində futbolçu ilə müqavilə imzalamaq niyyətindədir.

Ronaldonun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Bundan əvvəl də futbolçunun komandanı tərk etməsi ilə bağlı xəbərlər yayılmışdı. O, transfer siyasətindən və klubun nəticələrindən, o cümlədən Çempionlar Liqasını əldən verməsindən narazı olduğunu bildirib.

Osimhen 2020-ci ildən "Napoli"də çıxış edir. İtaliya yığmasında 65 oyun keçirib, 30 qol vurub və 10 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Oxşar yazılar