“Mançester Yunayted” “Çelsi”nin yarımmüdafiəçisi Meyson Mauntla uzunmüddətli müqavilə imzalayıb.
Lent.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
Bu, “Mançester Yunayted”in yay transfer pəncərəsində ilk transferidir.
Qeyd edək ki, “Mançester Yunayted”in 24 yaşlı ingilis futbolçunun transferi üçün 50 milyon avrodan çox pul ödəyəcəyi bildirilirdi. Maunt “Çelsi”nin məzunudur, o, 2005-ci ildən komanda strukturundadır. Ümumilikdə, mavilərin əsas komandası üçün Mount 197 oyunda 33 qol vurub və 37 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2023-cü ilin yayında başa çatıb.