“Mançester Siti” Pep Qvardiolanın potensial əvəzləyicisi kimi “Tottenhem”in baş məşqçisi Ancelos Postekoğlunu nəzərdən keçirir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, klub 58 yaşlı avstraliyalı mütəxəssisin Qvardiola ilə fəlsəfəsinin və üslubunun oxşarlığını qeyd edir. Əgər ispan 2025-ci ildə müqaviləsi başa çatdıqdan sonra “Mançester Siti”dən ayrılmaq qərarına gəlsə, o zaman Postekoglu varislər siyahısında birinci olacaq.
Postekoğlu 2023-cü ilin iyulundan "Tottenhem"ə rəhbərlik edir. Bu mövsüm onun rəhbərliyi altında London klubu 21 turdan sonra 40 xalla 5-ci yerdədir. Məşqçinin klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Postekoglu karyerası ərzində “Melburn”, “Seltik” və Avstraliya milli komandasında da çalışıb.