İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor sosial şəbəkədə yeni fotosunu yayımlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, ağ kostyumda meydana çıxıb və özünü prezident adlandırıb.
“İrlandiya, sənin prezidentin”, deyə Makqreqor yazıb.
İrlandiyanın hazırkı prezidenti Maykl Hiqqinsdir. O, bu vəzifəni 2011-ci ildən tutur. Növbəti prezident seçkiləri 2025-ci ildə keçiriləcək.