Baş hakim İrfan Peljto
30 avqust 2021 12:21 (UTC +04:00)

Baş hakim İrfan Peljto

Lüksemburq – Azərbaycan oyununun hakimi bəlli oldu

Lüksemburq – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, matçı Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək.

Baş hakim İrfan Peljto olacaq. DÇ-2022-nin seçmə mərhələsinin oyununda ona Senad İbrisimbeqoviçlə Davor Belyo kömək edəcək. Dördüncü hakim funksiyasını Admir Şehoviç yerinə yetirəcək.

VAR hakimləri isə Almaniyadan olacaq. Marko Frits referi, Markus Sinn köməkçi funksiyasını icra edəcək.

Qeyd edək ki, sentyabrın 1-də “Stad de Lüksemburq”da keçiriləcək matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941
avatar

Oxşar yazılar