Luis Enrike artıq "Çelsi"nin baş məşqçi namizədlərinin qısa siyahısında deyil.
Lent.az “The Telegraph”a istinadən bildirir ki, London klubunun rəhbərliyi ispan mütəxəssisi yayda boş qalacaq baş məşqçi kürsüsünə namizədlər siyahısından çıxarıb.
Bu vəzifəyə müxtəlif namizədlərlə bir sıra ilkin danışıqlardan sonra "Çelsi" rəhbərliyi Enrikeni favoritlər siyahısından çıxarıb.
Klub diqqəti digər iddiaçılara yönəltmək qərarına gəlib və Yulian Naqelsmann və Maurisio Poçettino ilə daha sonra danışıqlar aparmağı planlaşdırır.
Beləliklə, Luis Enrike Londonun başqa bir klubunun - "Tottenhem"in də sükanı arxasına keçə bilər, o da əvvəllər baş məşqçisiz qalıb.
Xatırladaq ki, bir müddət əvvəl Luis Enrikenin "Çelsi"dəki işi ilə bağlı danışıqlar aparmaq üçün Londona uçduğu bildirilirdi.