Kiyev “Dinamo”su Aleksandr Şovkovskinin baş məşqçi əvəzi təyin olunduğunu açıqlayıb.
Lent.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu barədə “ağ-göylər” rəsmi saytı məlumat yayıb.
Komandanın başında 48 yaşlı ukraynalı mütəxəssis daha əvvəl vəzifəsini tərk etdiyini açıqlayan Mirça Luçeskunu əvəz edəcək.
Şovkovski 2023-cü ilin yanvarından rumıniyalı məşqçinin köməkçisi vəzifəsində çalışır. Ötən mövsümün sonunda Luçeskunun ayağından əməliyyatı zamanı və xəstəlik məzuniyyətində olanda ukraynalı artıq “Dinamo”nun baş məşqçisi kimi fəaliyyət göstərib.
Şovkovski bundan əvvəl Ukrayna millisində də Andrey Şevçenko və Aleksandr Petrakovun köməkçisi olub.
Emil Karas, Oleq Qusev və Mixail Mixaylov "Dinamo"da Şovkovskinin məşqçilər korpusunda çalışacaqlar.
Xatırladaq ki, Kiyev komandası keçirdiyi on oyunda 16 xal toplayaraq hazırda turnir cədvəlində yeddinci yerdədir.