"Vest Hem"in hücumçusu Maykl Antonio etiraf edib ki, "Liverpul"un İngiltərə Premyer Liqasının qalibi olmasını izləmək istəmir.
“Liverpulun liqa qazanmasını istəmirəm. Çünki “Liverpul” azarkeşləri məni çox incidir! Bunu bilirsiniz. Mən “Liverpul”un Premyer Liqanı qazanmasını istəmirəm”, - Lent.az xarici mətbuata istinadla bildirir ki, Antonio vurğulayıb.
Bu mövsüm İngiltərə Premyer Liqasının 20 turundan sonra "Liverpul" 45 xalla turnir cədvəlində birinci yerdədir. Daxili çempionatın növbəti oyununda Yurgen Kloppun yetirmələri səfərdə “Bornmut”la qarşılaşacaq. Oyun yanvarın 21-də baş tutacaq. "Vest Hem" hazırda turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb, 34 xal toplayıb.