"Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantara ombasından əməliyyat olunduqdan sonra bu mövsüm daha oynamayacaq.
Lent.az bildirir ki, "Liverpool Echo"nun məlumatına görə, ispaniyalı futbolçu Premyer Liqa mövsümünün qalan "Fulhem", "Brentford", "Lester", "Aston Villa" və "Sauthempton"a qarşı oyunlarında iştirak edə bilməyəcəyi üçün klub əməliyyat keçirməyə qərar verib.
32 yaşlı yarımmüdafiəçi zədə səbəbindən bu mövsüm artıq xeyli sayda oyunu buraxıb