“Liverpul” məğlubiyyətsizlik seriyasını  21 oyuna çatdırdı
23 dekabr 2024 13:29 (UTC +04:00)

“Liverpul” məğlubiyyətsizlik seriyasını 21 oyuna çatdırdı

İngiltərənin "Liverpul" futbol klubu son zamanlar ardıcıl 21-ci görüşdə rəqiblərinə uduzmayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sentyabr ayından bəri mersisaydlılar 18 qələbə qazanıb və üç oyunda bərabərə qalıb.

Dekabrın 23-nə keçən gecə Premyer Liqanın 17-ci turunun oyununda "qırmızılar" səfərdə "Tottenhem"i 6:3 hesabı ilə məğlub edib.

Beləliklə, Arne Slotun komandasının müsbət seriyası 21-ci oyuna çatıb. Sonuncu dəfə “Liverpul” sentyabrın 14-də “Nottingem Forest”lə ev oyununda 0:1 hesabı ilə uduzub.

Arne Slotun komandasının hazırda 39 xalı və ehtiyatda bir oyunu var. Sonrakı yerləri “Çelsi” (35 xal) və “Arsenal” (33 xal) tutur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar