Krakov-2023: Atıcılarımızdan VİDA
02 iyul 2023 14:50 (UTC +04:00)

Krakov-2023: Atıcılarımızdan VİDA

Bu gün Krakov-2023 III Avropa Oyunları başa çatacaq.

Apasport.az saytının məlumatına görə, Polşadakı multi-idman tədbirinin son günündə qadın atıcıların trapda komanda yarışı keçirilir.

Təsnifat mərhələsində mübarizəyə qoşulan komandalar arasında Azərbaycan yığması da yer alıb. Aydan Camalova, Ülviyyə Eyvazova və Alina Rafixanova medallar uğrunda matçlara 4 vəsiqə üçün stenddə dəqiqliyini nümayiş etdirib.

Təmsilçilərimiz 187 xal toplayıb. Komandamız 6 yığma arasında 5-ci olub.

Bununla da atıcılarımız finala yüksələ bilməyib. Beləliklə, Azərbaycanın atıcılıq yığması da Polşadakı çıxışını başa vurub.

Qeyd edək ki, atıcılıq yığmamız Krakov-2023-də medal qazana bilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Oxşar yazılar