"Kopenhagen" Çempionlar Liqasının qrup mərhələsinin son turunun "Qalatasaray"la ev oyunundan sonra səxavətli aksiya nümayiş etdirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Danimarka klubu 1:0 hesabı ilə qalib gələrək A qrupunda ikinci yeri tutaraq 1/8 finala yüksəlib. Final fitindən sonra “Parken” stadionunun tablosunda arenadan çıxışda hər azarkeşi bir stəkan pivə və bir butulka su gözlədiyi barədə xəbər peyda olub.
Oyunu 34 726 nəfər izləyib. Qeyd edək ki, “Kopenhagen” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi sayəsində tarixində rekord məbləğdə - ən azı 32,7 milyon avro pul mükafatı qazanıb.