İtaliyalı baş məşqçi Antonio Konte A seriyasının top klubuna rəhbərlik edə bilər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssis “Milan” və “Yuventus” arasında seçim edir.
Mənbənin sözlərinə görə, çalışdırıcı Turin klubuna rəhbərlik etmək istəyir, lakin digər təklifləri də nəzərdən keçirir. “Roma” və “Napoli” də Konteyə maraq göstərir.
Konte 2011-2014-cü illərdə "Yuventus"u çalışdırıb. Onunla turinlilər üç dəfə İtaliya çempionu olub, iki dəfə ölkə Superkubokunu qazanıb. Mütəxəssisin son iş yeri 2023-cü ilin martında tərk etdiyi "Tottenhem" olub.