"Liverpul"un baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda komandanı tərk etmək qərarına gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun açıqlaması klubun saytında yerləşdirilib.
“Fakt budur ki, mən bunu necə deyim, gücüm tükənir. İndi heç bir problemim yoxdur. "Uzun müddətdir ki, bunu nə vaxtsa açıqlamalı olacağımı bilirdim" deyən məşqçi noyabr ayında klub rəhbərliyini qərarla bağlı məlumatlandırdığını əlavə edib.
Alman mütəxəssis "Liverpul"un dörd turnirdə iştirak etdiyini xatırladıb. Klopp, "Vida mərasimlərini may ayına qədər təxirə salacağıq" deyib.
Klopp 2015-ci ildən "Liverpul"u çalışdırır. Onun rəhbərliyi altında komanda İngiltərə çempionu olub, ölkə kubokunu və Superkubokunu, Liqa Kubokunu, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.