Keçmiş “Ultimate Fighting Championship” (UFC) döyüşçüsü brazilyalı Felipe Kolares 29 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
Qeyd olunub ki, keçmiş UFC döyüşçüsün avtobus Quaratibadan məşqdən qayıdarkən vurub.
Onun məşqçisi Rodriqo Babi nəşrə açıqlamasında döyüşçünün təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdiyini bildirib.
Peşəkar karyerasında Kolares 14 döyüş keçirib, 10 qələbə qazanıb və 4 məğlubiyyət alıb. O, son döyüşünü 2023-cü il fevralın 17-də fransalı Alion Nahaeyə qarşı keçirib.
Görüşdə o vaxtından əvvəl qələbə qazanmışdır.