“Los-Anceles”in müdafiəçisi Corcio Kellini MLS Kubokunun final oyunundan əvvəl karyerasını bitirəcəyinə işarə edib.
“Mən başa düşməliyəm ki, kimə qulaq asmalıyam: başıma, ürəyimə və ya ayaqlarıma. Çoxlu müxtəlif siqnallar var... Bu, mənim son oyunum ola bilər, görəcəyik”, - Lent.az-ın xarici mətbuata istinadən bildirdiyinə görə, Kellinini deyib.
39 yaşlı Kellini "Yuventus" və İtaliya millisindəki çıxışları ilə tanınır. Milli komanda ilə o, pandemiya səbəbindən bir il sonra baş tutan 2020 Avropa Çempionatını qazanıb. 2022-ci ildən müdafiəçi “Los-Anceles”də çıxış edir.