“Jirona”nın baş məşqçisi Mişel “Barselona”ya mümkün təyinatla bağlı yayılan məlumatlara münasibət bildirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, hələ ki, gələcək haqqında düşünmədiyini deyib:
“Mən indi olmaq istədiyim komandadayam. Hamısı budur. Diqqətimi bu günə cəmləyirəm, çünki ən yaxşı şəkildə belə işləyirəm. Başım heç vaxt gələcək haqqında düşünmür”.
Daha əvvəl bildirilib ki, “Barselona” Mişeli Xavinin əvəzləyicisi kimi nəzərdən keçirir.