İspaniyanın “Sevilya” klubunun futbolçusu Alexandro Qomes yenidən İtaliya A seriyasında çıxış edə bilər.
Apasport.az saytının məlumatına görə, hücumameylli yarımmüdafiəçi “Fiorentina”nın maraq dairəsinə düşüb.
“Bənövşəyilər” futbolçunun keçidini bu yay həll etmək fikrindədir. Florensiya təmsilçisi yeni oyunçu üçün 17 milyon avro ödəməyə də hazırdır.
Qeyd edək ki, Qomes ötən qış “Atalanta”dan narazılıqla ayrılıb.